Kənd Təsərrüfatı Nazirliyi 2 milyon manatlıq tenderə yekun vurub
Kənd Təsərrüfatı Nazirliyi Qobustan rayonunda inşa olunan yeni pestisid poliqonuna giriş-çıxış yolunun çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Modern Construction” MMC-dir.
Qalib şirkətə 1,795 milyon manat ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB