Vergi daxilolmalarının artmasının əsas səbəbi nələrdir? - İQTİSADÇI İZAH ETDİ

Vergi siyasətinin əsaslı şəkildə həyata keçirilməsi, kadr potensialının düzgün yerləşdirilməsi, onun təhsil səviyyəsinin yüksəldilməsi, təkmilləşdirilməsi bu uğurların əldə edilməsinə imkan verir. Bu gün həyata keçirilən vergi siyasəti ölkənin iqtisadiyyatının güclənməsində və qüdrətlənməsində, onun təhlükəsizliyinin təmin edilməsində böyük rola malikdir. Eləcə də son zamanlar vergi daxilolmalarındakı artım ictimaiyyətin diqqət mərkəzindədir. Bəs, vergi daxilolmalarının artmasının əsas səbəbləri nələrdir?

İqtisadçı ekspert Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, vergi daxilolmalarının artmasının əsas səbəbi infilyasiyadır: "Yəni infilyasiyanın yüksək olması məğləb ifadəsində vergi daxilolmalarının daha yüksək göstərməsinə gətirib çıxardır. Məsələn, bir məhsulu əvvəl 10 manata alırdıqsa, indi isə 15 manata alırıq. 15 manatın əlavə dəyər vergisi 10 manatın əlavə dəyər vergisindən daha çoxdur.

Xalid Kərimli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ikinci əsas səbəb isə pandemiyadan sonra iqtisadiyyatın tədricən bərpa olunmasıdır: "Yəni iqtisadi aktivliyin artmasıdır. Üçüncüsü isə vergi inzibatçılığının təkmilləşdirilməsidir. Həmçinin minimum əmək haqqının artması da prosesdə mühüm rol oynayır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...