Kurskdan Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib

Bu il avqust ayının birinci yarısında Rusiyanın Kursk vilayətindən Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“Rosselxoznadzor”un Orlov və Kursk vilayətləri üzrə idarəsi əməkdaşlarının nəzarəti altında avqustun əvvəlindən Azərbaycana 6360 min ton qarğıdalı göndərilib.

Məlumatda deyilir ki, məhsulun idxal tələblərinə tam uyğun olduğu təsdiqlənib. İlin əvvəlindən Kursk vilayətindən Azərbaycan, Qazaxıstan, Belarus və Latviyaya 70 min tondan çox qarğıdalı ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...