Dünyada taxıl qıtlığı niyə yaşanır? - İQTİSADÇI AÇIQLADI

"Qlobal iqlim dəyişikliyinə ən çox təsir edən sektorlardan biri də aqrar sektordur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekpsert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin kənd təsərrüfatına xüsusən də taxıl istehsalına təsiri var: "Taxıl istehsalında azalmalar həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda daha da intensivləşdi. Praktiki olaraq taxıla tələbin artmasını müşahidə etdik. Nəticə etibarilə bu, dünyada taxıl qıtlığının yaranmasına səbəb oldu. Növbəti illərdə də gözlənilən odur ki, taxıl istehsalının azalması fonunda taxıl qıtlığı problemi daha da dərinləşəcək. Xüsusən də Rusiya-Ukrayna müharibəsi nəticə etibarilə dünya bazarına çıxarılan taxıl həcminə təsir göstərir. Digər tərəfdən də istehlakın artması da birmənalı şəkildə taxıla olan tələbə təsir göstərir.

Baxmayaraq ki, Hindistan dünyada ikinci ən çox taxıl istehsal edən ölkədir. Daxili istehlakın artması ilə Hindistanın ixracatı ciddi şəkildə məhdudlaşıb. Bu baxımdan növbəti illərdə də taxılın tələbi ilə təklifi arasında fərqin genişlənəcəyi və taxılın qiymətində artımın olacağını göstərir. Bu da nəticə etibarilə ondan xəbər verir ki, qlobal iqlim dəyişikliyinin, quraqlığın ən çox təsir sektorlardan biri taxıl istehsalıdır. Dünyada baş verən münaqişələr isə taxıl qıtlığına gətirib çıxardır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə