“Səyyar qəbul otağı” Hacıqabulda

Artıq ənənə halını almış və hər gün bir rayonda vətəndaşların qaz təchizatı ilə bağlı müraciətlərini ünvanladığı “Açıq mikrofon” aksiyası bu dəfə Hacıqabul rayonunda qurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir: “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, aksiya keçirilən əraziyə toplaşan sakinlərin hər biri fərdi qaydada öz müraciətlərini ediblər.

Birlik əməkdaşları isə öz növbəsində sakinlərin şikayət və təkliflərini dinləyib, onlara yerindəcə köməklik göstərməyə çalışıblar. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə şöbələrə yönləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...