Palstik kartlardan düzgün istifadə necə olmalıdır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Palstik kartlardan düzgün istifadə necə olmalıdır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Son dövrlərdə bank kartlarından geniş şəkildə istifadə olunur. Bu istiqamət üzrə hökumət tərəfindən də təşviqedici addımlar atılır. O cümlədən əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı təşviqin tətbiq edilməsi bank kartlarına olan marağın artmasına səbəb oldu”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, digər mühüm məqamlardan biri də məhz vətəndaşlarda plastik kartlarla bağlı istifadənin güclənməsidir: “Praktiki olaraq biz artıq Bakı şəhərində plastik kartlardan geniş şəkildə istifadə edildiyinin şahidi oluruq. Nəzərə alsaq ki, islahatların genişləndirilməsi, əməkhaqqı və qonorarların kartlar vasitəsi ilə ödənilməsi plastik kartlara olan istifadəni artırdı. Yeni qəbul olunmuş strategiyada da plastik kartlardan istifadə faizinin daha da artırılması nəzərdə tutulub. Ümumiyyətlə nağdsız ödənişlərin artırılması yeni iqtisadi strategiyanın əsas hədəflərindən biridir. Ona görə Azərbaycan artıq daha çox mərhələli şəkildə nağdsız ödənişlərdən istifadə edəcək. Azərbaycan vətəndaşlarının plastik kartdan istifadə səviyyəsinin növbəti illərdə də artacağı gözlənilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə