KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək - FOTOLAR

KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək - FOTOLAR

Avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. KOBİA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə