M2 magistral yolunda təmir işləri aparılıb

M2 magistral yolunda təmir işləri aparılıb

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 kilometrində təmir-bərpa işləri icra olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ümumilikdə 4000 kvadratmetr sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.

Sonda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə