Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindəndir – DEPUTAT

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindəndir – DEPUTAT

“VI Xəzər Sammiti Azərbaycan üçün çox uğurlu və məhsuldar keçdi. Xəzər dənizinin statusu ilə bağlı 2018-ci ildə imzalanmıç Konvensiyanın tezliklə qüvvəyə minməsi istiqamətində bütün sahilyanı ölkələrdə görülən işlərin müzakirə olunması baxımından çox əhəmiyyətli idi. Bu sənədin qəbulu, əlbəttə, əməkdaşlığın genişləndirilməsi, tərəflərin maraqlarına uyğun şəkildə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yeksək qiymətləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında VI Xəzər Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirərkən Milli Məclisin deputataı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, müzakirə prosesində olan əməkdaşlıq barədə layihələrlə Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri bundan sonra da müsbət istiqamətli olacaq: “Əsas məsələ bu ölkələrin ərazi bütövlüyünün, suverenliyinin qorunması və bir-birinə olan dəstəkdir. Azərbaycanın da yerləşdiyi bu coğrafiya əsrlər boyu xarici qüvvələrin daim maraq göstərdiyi region olub. Ona görə də Xəzəryanı ölkələrin iqtisadi əlaqələrindən, birgə layihələrin həyata keçirilməsindən əvvəl bu bölgədə daimi sabitliyin yaradılması çox vacib elementlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin də Sammitdəki çıxışında qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu gün Azərbaycanın regionda mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi rolu danılmazdır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəri. Bu marşrut əlbəttə, Orta Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının dünya bazarına, xüsusən də Qərb bazarlarına çıxarılmasında mühüm rola malikdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə