Bolqarıstana nəql ediləcək boru xəttinin tikintisi başa çatıb

Bolqarıstana nəql ediləcək boru xəttinin tikintisi başa çatıb

Azərbaycan qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi başa çatıb.

Bu barədə SİA-ya ICGB AD layihə şirkətindən bildiriblər.

IGB-nin açılış mərasimi interkonnektorun Yunanıstanın qaz-nəqliyyat sistemi və Trans-Adratik qaz xətti (TAP) ilə birləşdiyi Komotini şəhərinin yaxınlığında baş tutub. ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və Konstantinos Karayannakos layihənin tikinti mərhələsinin baş çatdığını elan etdilər.

Açılış mərasimində Bolqarıstanın baş naziri Kiril Petkov, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, hər iki ölkənin energetika nazirləri Aleksandr Nikolov və Kostas Skrekas, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyası, Avropa İnvestiya Bankının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə