Gələcək illərdə Azərbaycanı ərzaq qıtlığı gözləyir? - DİQQƏT - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Hazırda qlobal iqtisadi böhran şəraitində bir çox sahələrdə ciddi problemlər yaşanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu problemlərin ən böyüyü isə ərzaq təminatı məsələsidir: "Bütün ölkələrdə, eləcə də Azərbaycanda da bu məsələ problemə çevrilib. Artıq 2021-ci ilin sonlarından başlayaraq antiinflyasiya tədbirləri, daha sonra isə antiböhran tədbirləri çərçivəsində də ölkənin ərzaq təminatının yüksək səviyyədə saxlanılması, ərzaq böhranının yaşanmaması üçün silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər ixraca nəzarətin olunmasından tutmuş subsidiyaların verilməsinə qədər həyata keçirilir. Bu barədə atılmış addımlar öz effektini verir. Təbii olaraq qiymət artımının qarşısını almaq mümkün deyil. Qiymətlər artsa da amma ərzaq qıtlığı ilə bağlı hər hansı bir problem yaşayacağımızı düşünmürəm. Çünki ölkənin həm ərzaq ehtiyatları, həm idxal həcmi, həm də sistemli yanaşmalar ölkədə hər hansı bir ərzaq qıtlığının yaşanmayacağına əsas verir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə