CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 22-də 117,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,95 dollar/barel azdır.

Bu barədə SİA ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,93 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,99 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 116,59 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,95 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə