Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Bu ilin ilk beş ayında Azərbaycandan Gürcüstana 23,6 milyon ABŞ dolları məbləğində pul köçürülüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə köçürmələrin həcmində 11,8milyon ABŞ dolları və yaxud 33,3 % azalma qeydə alınıb.

Yanvar-mayda Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 8,8 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 1,9milyon ABŞ dolları və yaxud 27,5 % çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə