"Azərbaycan təkcə neft-qaz istehsal edən ölkə deyil" - İQTİSADÇI DANIŞDI
“Azərbaycan 27-ci dəfədir ki, bu cür tədbirə ev sahibliyi edir. Bu cür sərgi, konfranslar Azərbaycana marağı olan tərəfləri bura gətirir və Azərbaycanın istehsalçılarını həmin o marağı olan tərəflərlə bir müstəvidə birləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban bildirib.

Onun sözlərinə görə, artıq onlar öz aralarında biznesi inkişaf etdirməklə bağlı danışıqlar aparırlar: “Bu bütün dünyada belədir.
İkinci bir tərəfdən biz dünyaya mesajlar veririk ki, biz enerji ölkəsi olaraq sonrakı dövrə yaxın, uzaq perspektiv üçün hansı enerji daşıyıcılarına önəm veririk. Onları bazara çıxarmaq yolları, imkanlarımız, ehtiyyatlarımız-bütün bunlar ətrafında da onlar informasiyalar alır. Gələcək kommersiya sazişləri üçün bir baza rolunu oynayır. Bu baxımdan da bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Hansı ki, Azərbaycan sırf hansısa sektorlar, sahələr üzrə bu cür tədbirləri keçirib.
Azərbaycan da bu sərgi ilə dünyaya göstərir ki, təkcə neft-qaz istehsal edən ölkə deyil, həm də bərpa olunan alternativ energetikasını da inkişaf etdirir. Bu sahə üzrə də əməkdaşlığı var. Artıq bu gün konfrans başlayır. Konfransda ediləcək açıqlamalar da hesab edirəm ki, böyük əhəmiyyət daşıyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB