“Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir?” - Leonid Fedun

“Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir?” - Leonid Fedun

Rusiya neft hasilatını 20-30 %, başqa sözlə, gündə 7-8 milyon barrelə qədər azaltmalıdır. SİA xəbər verir ki, bu təklifi “Lukoil” neft şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedun irəli sürüb.

"Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir? Əgər biz 7-8 milyon bareli səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə".

L.Fedun əmindir ki, xam neftin 10 barelini 50ABŞ dollara yox, 7 barelini 80 ABŞ dollara satmaq daha sərfəlidir: “30 %, hətta bəzən 40 % endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?"

Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə