Yağışın davamlı yağması hansı məhsullara ziyan vurur? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

"Hava şəraitinin sərtləşməsi təbii ki, kənd təsərrüfatı məhsulları üçün mənfi təsirlər yaradır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, yağışların nisbətən davamlı olması müəyyən növ məhsullara faydası var: "Amma ağacların çiçəklənən dövründə yağışın yağması mayalanma prosesinə mənfi təsir göstərir. Bu da bazarlarda müəyyən məhsulların azlığına gətirib çıxardır. Yəni məhsul çatışmazlığına gətirib çıxardır. Amma dəqiq demək olmaz ki, məhsuldarlığın az olmasının səbəbi yağışların davamlı şəkildə yağmasıdır. Sadəcə yağışın davamlı şəkildə yağması bəzi məhsullara müsbət, bəzilərinə isə mənfi təsir göstərir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə