"1000-dən çox komanda, 6000-dən çox iştirakçı müraciət edib" - TÜRKİYƏLİ NAZİR DANIŞDI

“TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O bildirib ki, hər il “TEKNOFEST” sahəsinə daxil olduqda yaşadığım o həyəcan, o xoşbəxtliyi bu gün bir daha yaşayır: "Sizin yerinizə olsaydım gecə-gündüz burda olardım. Hər bir təyyarəni, texnologiyanı tək-tək incələyərdim. Tədbirin belə möhtəşəm keçirilməsinə görə, hər iki ölkənin prezidentinə və dəstək verən hər bir şəxsə təşəkkür edirəm. Vaxtilə bizə texnika satmaqdan imtina edənlər, bu gün bizim qəhrəmanlarımızın hazırladığı ən son zərbə pilotsuz uçuş aparatları (PUA) almaq üçün növbəyə durublar”.

Nazir onu da qeyd edib ki, “TEKNOFEST Azərbaycan”a qoşulmaq üçün 1000-dən çox komanda, 6000-dən çox iştirakçı müraciət edib: “Onların xoşbəxtliyi odur ki, qalibləri şəxsən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mükafatlandıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...