ETSN-nin işçiləri peşə bayramını qeyd edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ekologiya Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Nazirlikdə keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlərə “Fəxri Fərman”lar verilib, Nazirliyin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.

Qeyd edək ki, Nazirliyin əməkdaşları bu gün peşə bayramlarını əkilən ağaclara qulluq etməklə, təbii su hövzələrinə balıq buraxılışı həyata keçirməklə, eləcə də milli parklarda maarifləndirici tədbirlər təşkil etməklə qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...