Dövlət Gömrük Komitəsinin sədri ÜGT Baş katibinin müavini ilə görüşüb

Mayın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibinin müavini RikardoTrevino Çapa arasında videokonfrans formatında görüşkeçirilib. DGK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ÜGT-nin Strateji planı və təşkilatda seçkilərləbağlı məsələlər müzakirə olunub.

ÜGT ilə Dövlət Gömrük Komitəsi arasında səmərəliəməkdaşlıqdan məmnunluqla bəhs edən Səfər Mehdiyev vurğulayıb ki, Prezident İlham Əliyev rəhbərliyi ilə gömrüksistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına birsıra sahələrdə, o cümlədən gömrük sistemində şəffaflığıntəmin olunması, kadr potensialının gücləndirilməsi, gömrükəməliyyatlarının sadə və sürətli şəkildə reallaşdırılmasıistiqamətində mühüm nailiyyətlər əldə olunub.

Komitə sədri ÜGT-nin Strateji planı ilə bağlı fikirlərinibölüşərək bildirib ki, Azərbaycan gömrüyü informasiyatexnologiyaları vasitəsilə məlumat mübadiləsinin daha da təkmilləşdirilməsinin və bu istiqamətdə əməkdaşlığıngücləndirilməsinin tərəfdarıdır.

Rikardo Trevino Azərbaycan gömrük sistemində aparılanislahatlardan və əldə olunan nəticələrdən məmnunluqlabəhs edib, ÜGT ilə Azərbaycan gömrük xidməti arasındamövcud əməkdaşlığı yüksək qiymətləndirib. ÜGT-ninStrateji planından bəhs edən Baş katibin müavini vurğulayıbki, sənədin əsas məqsədi inzibati idarəetmənintəkmilləşdirilməsi, təşkilatın müasirləşdirilməsidir.

Daha sonra tərəflər təşkilatda keçiriləcək seçkilərlə bağlımüzakirələr aparıb, rəy və təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə