ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının gözlənilməz azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.
SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,39% bahalaşaraq 1 bareli 110,63 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 1,01% artıb və 1 bareli 108,12 ABŞ dolları təşkil edib.
Neft bazarındakı nikbinliyə mayın 13-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatlarının 3,4 milyon barel azalaraq 420,8 milyon barelə düşməsi səbəb olub. Analitiklər isə 1,4 milyon barel artımın qeydə alınacağını gözləyirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB