Azərbaycan neftinin qiyməti 123 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 123,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 122,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 116,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,37 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...