“Brent” markalı neftin qiyməti martın 28-dən bəri ilk dəfə olaraq 115 dollar/bareldən yuxarı qalxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti ticarət məlumatlarına istinadən xəbər verir
Qeyd olunur ki, Moskva vaxtı ilə saat 04:27-də “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 0,84 faiz artaraq 115,1 dollar/barelə çatıb.
“WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,61 faiz artaraq 112,5 dollar olub.
Qeyd edək ki, bir nüddət bundan əvvəl Rusiya Enerji İnkişaf Fondunun direktoru Sergey Pikin FBA-nın “Economy Today” nəşrinə müsahibəsində Rusiya nefti ilə bağlı vəziyyəti şərh edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB