Fransada inflyasiya 1985-ci ildən sonrakı ən yüksək həddə çatıb.
SİA APA-ya istinadən xəbər verir ki, apreldə inflyasiya 4,8% təşkil edib. Halbuki martda göstərici 4,5 faiz idi. Artımın əsas səbəbi enerji daşıyıcılarının 26 faiz bahalaşmasıdır.
Ay ərzində ərzaq məhsulları 3,8, xidmətlər 3 faiz bahalaşıb. Ərzaq məhsullarından ən çox göyərti, ət, çörək və yağın qiyməti artıb. Nəqliyyatda isə ən ciddi bahalaşma 22 faizlə aviasiyada qeydə alınıb. Martda bu sektorda qiymət artımı 5,7 faiz olub. Yalnız siqaret və tibbi vasitələrin qiymətləri cüzi ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB