“2016-cı ildən “Azərikimya” İstelsalat Birliyinin etilen-polietilen zavodunda modernizasiya və yenidənqurma layihəsinin başlanmasına start verilib”. SİA xəbər verir ki, bu fikirləri SOCAR “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun baş mühəndisinin müavini Samir Səlimli bildirib.
O qeyd edir ki, hazırda zavodda əsaslı təmir işləri görülür: “Zavod aprel ayının əvvəllərində planlı şəkildə istismardan dayandırılıb. Əsas məqsədimiz 2 il ərzində zavodun dayanıqlığını təmin etmək, avadanlıqlara texniki xidməti göstərməkdir. Layihə çərçivəsində bir neçə yeni qurğular tikilmişdir.
Etilen və polietilen məhsullarını saxlamaq üçün bulletlər mövcuddur. Etilen üzrə 2 ədəd 3750 kub həcmində, polietilen 2 ədəd 1370 kub həcmində bulletlərimiz mövcuddur”.
Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB