Bu məhsullarda bahalaşma olacaq? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

Bu məhsullarda bahalaşma olacaq? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsi fonunda bir çox məhsullarda bahalaşma gözlənilir”. Bi fikirləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, marketlərə də diqqət göstərsək görərik ki, bu bahalaşmalar mövcuddur: “Xüsusilə Rusiya və Ukraynadan tədarük etdiyimiz məhsullar yağ, qənd məhsullarıdır. Həmçinin tədarük etdiyimiz məhsullara dənli bitkilər də aid edilir. Dənli bitkilərdə hələ ki, qiymət artımı müşahidə edilmir. Düşünürəm ki, belə davam edərsə, yaxın 6 ay ərzində Dövlət Taxıl Fondunda hər hansı bir çatışmamazlıqlar yaranarsa bu sahədə də bahalaşmanın proqnozunu verə bilərik. Bundan əlavə tütün məhsullarında da bahalaşma müşahidə olunur. Bu da Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Çünki bir çox xam mallar Rusiya və Ukraynadan idxal edilirdi. Buna görə də bahalaşma qaçılmazdır. Fikir versək görərik ki, marketlərdə artıq yağ, qənd kimi məhsullarda bahalaşma gedir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə