Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

25 aprel Azərbaycanda Sahibkarlar Günüdür. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla bağlı sahibkarlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Sahibkarlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə