Rusiyaya tətbiq edilən neft sanksiyaların Azərbaycana təsiri varmı? - ŞƏRH EDİLDİ

"Azərbaycan neft hasil və ixrac edən ölkə olduğu kimi, Rusiya da dünyada ən çox neft hasil edən ölkələrdəndir. Eyni zamanda Avropa bazarında xüsusi paya malikdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Avropanın idxal etdiyi neftin 25 faizindən çoxu Rusiyanın payına düşür: "Azərbaycan da öz neftini əsasən Avropa bazarına çıxarır. Azərbaycanın gündəlik neft hasilatı təxminən 700 min barelə yaxındır. Bunun da 450 min bareli xam neftdir. Xam neft əsasən Avropa və İtaliyaya göndərilir".

Vüqar Bayramov sözlərinə belə davam edib: "Rusiyaya qarşı tətbiq edilən sanksiyalar neft bazarına təsir göstərir. Təbii ki, Azərbaycan enerji sektorunda praktik olaraq digər ölkələrlə rəqabət aparmır. Belə bir prinsip də yoxdur. Öz neft və mavi qazını dünya bazarına çıxararaq Azərbaycanın maraqlarına uyğun şərtlərdə təklif edir. Ona görə də Rusiyaya tətbiq edilən qadağalar neftin dünya bazarında qiymətinin artmasına gətirib çıxararsa, bu neft ölkələrinin gəlirlərini artıracaq.

Hazırda neftin dünya bazarında neftin qiyməti yüksəkdir. Səbəb də Ruisyaya tətbiq edilən qadağalar və Rusiya-Ukrayna müharibəsi fonunda qlobal bazarlardakı qeyri müəyyənlikdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə