"Başqa ölkələrin ehtiyatları dondurulmasın!"

"Başqa ölkələrin ehtiyatları dondurulmasın!"

Çinin BMT-dəki daimi nümayəndəsi Zhanq Jun bildirib ki, bir sıra dövlətlərin ehtiyatlarının bloklanmasının dünya iqtisadi sabitliyinə xələl gətirdiyi üçün bu praktikaya son qoymağa çağırıb.

Onun sözlərinə görə, valyuta ehtiyatlarının özbaşına dondurulması həm də dövlətlərin suverenliyinin pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, Çin səlahiyyətlisi bunu BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. SİA bu barədə “TASS”a istinad edir.

Junun fikrincə, bu təcrübə dünya iqtisadi sabitliyinin əsaslarını sarsıdaraq, beynəlxalq münasibətlər üçün risklər yaradır. Ona görə də, bu təcrübədən mümkün qədər tez imtina etmək lazımdır.

“...Genişmiqyaslı sanksiyalar qlobal ticarətə və iqtisadiyyata zərbə vura bilər”. Qeyd edim ki, bunu da Çin rəsmisi bildirib.

Yeri gəlmişkən xatırladaq ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti daha əvvəl Çin və Hindistanın birtərəfli sanksiyaların qlobal iqtisadiyyata və təchizat zəncirinin təhlükəsizliyinə təsirindən ciddi şəkildə narahat olduqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə