Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Rusiya qazından asılılıqdan qurtulmaq üçün vətəndaşlarından pula qənaət etməyi xahiş edib. SİA xarici mətbuata istinadən xəbər verir ki,
koronavirus pandemiyasından tələb-təklif balansında zədələnən enerji sektoru Rusiya-Ukrayna müharibəsi ilə böhrana girdi.
Avropa ölkələrinin Rusiya qazından asılılıqdan qurtulmaq strategiyaları Rusiyaya qarşı müharibə sanksiyaları səbəbindən geniş vüsət aldı.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek mövzu ilə bağlı yeni açıqlamalar verib.
“Pullara qənaət edin, rus asılılığından xilas olaq”
Habeck, Funke Media Group-a bağlı qəzetlərə deyib ki, əgər Almaniya vətəndaşları enerji istehlakını azaltsalar, ölkə enerji idxalında Moskvadan daha az asılı ola bilər.
Vətəndaşlara mümkün qədər avtomobil sürmək əvəzinə qatar və ya velosipeddən istifadə etməyi tövsiyə etdiyini ifadə edən Habeck, “Hazırda hər kəsin enerji qənaətinə töhfə verməsini istəyirəm. İstifadə olunmayan hər bir kilometr Rusiyanın enerji resurslarından uzaqlaşmağı asanlaşdıran töhfədir. Beləliklə, biz iqlimi də qoruyuruq”. dedi.
AA-nın xəbərinə görə, nazir Habeck, ölkəsində fərdi enerji istehlakını yüzdə 10 azaltmağın mümkün olduğuna diqqət çəkərək, şirkətlərin mümkün olduğu təqdirdə işçilərə evdən işləmə seçimi təklif edərək töhfə verə biləcəyini vurğuladı.
Almaniyanın Rusiya enerji təchizatından asılılığı
Almaniya sənayenin təkərlərini çevirmək və evləri qızdırmaq üçün digər Avropa ölkələrindən daha çox Rusiya neftindən, qazından və kömüründən asılı görünür.
Ölkə təbii qazın 55 faizini, xam neftin 35 faizini və kömürün 45 faizini Rusiyadan təmin edir.
Almaniyada yaşayış evlərinin təxminən yarısı təbii qazla qızdırılır və bu qazdan ağır sənayedə elektrik enerjisi istehsal olunur.
Rusiyadan enerji asılılığını azaltmaq üçün var gücü ilə çalışan Almaniya hökuməti bəyan edir ki, Rusiya qazından tam müstəqil olmaq üçün vaxt lazımdır. Hökumət həmçinin Rusiyadan tədarükün dərhal dayandırılmasının əleyhinədir.
Almaniya 2 il ərzində Rusiya təbii qazından asılılığı azaltmaq üçün 2 LNG terminalının tikilməsini gözləyir. Hazırda terminalı olmayan Almaniya birbaşa Qətərdən LNG göndərə bilmir.
Kimya və poladdan tutmuş enerji şirkətlərinə qədər alman biznes liderləri qaz, neft və kömürlə sabit tədarükü olmadan istehsalın dayanacağı ilə bağlı xəbərdarlıq edirlər.
Təbii qaz kəmərləri ilə az qala Rusiyaya qandallanmış Almaniya Rusiyadan idxal olunan enerji məhsullarını qadağan edəcək sərt sanksiyalar tətbiq edə bilmir.
Bu, “Almaniya Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir” kimi təsəvvürə gətirib çıxarır.
Süsən Heydərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB