Monitorinqlərin gücləndirilməsinə ehtiyac var - MÜNASİBƏT BİLDİRİLDİ
"2022-ci ilin 1-ci rübü üçün ən prioritet məsələlərdən biri də qiymət artımlarına qarşı mübarizə və anti-inflyasiya tədbirlərinin gücləndirməsi oldu". Bu fikirləri SİA-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, dünya bazarında, eləcə də region bazarında qiymət artımları müşahidə olunur: "Bu da idxal inflyasiyasının aktivləşməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin qeyd etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin 1-ci rüb üçün ikirəqəmli olması qeyd olunur. Xüsusən də istehlak bazarında aparılan monitorinqlər göstərir ki, süni şəkildə qiymətlərin artırılması tendensiyası bu ilin 1-ci rübündə də özünü göstərdi. Süni qiymət artımlarına qarşı mübarizə bu kontekstdə daha da vacibləşib.
Nəzərə alsaq ki, süni qiymət artımlarına qarşı mübarizə anti-inflyasiya tədbirlərinin əsas elementlərindən biridir. Bir tərəfdən sahibkarın təşviq edilməsi ilə bağlı yeni mexanizmlər tətbiq edilməyə başlanıldı. Nazirlər Kabinetinin minimum istehlak səbətinə daxil olan istehsalın, eləcə də emalın güzəştli kreditlərlə vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda həmin məhsulların emalı ilə bağlı verilən kreditlərə subsidiyanın, yəni faizin bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edildi. Bu da təbii ki, xərcin azaldılması baxımından vacibdir. Bu baxımdan dövlət dəstəyi artırılır. Məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanması, qlobal bazarda baş verən qiymət artımlarının təsirlərini minimallaşdırmaqdandır. Ona görə də sahibkarlar tərəfindən sosial koorparativ məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına əməl etməməsi çox vacibdir. Eyni zamanda bu istiqamətdə monitorinqlərin gücləndirilməsinə ehtiyac vardır ki, bir sıra sahibkarlar süni şəkildə qiymətlərin artırılmasını həyata keçirməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB