"Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində:
“Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır.
Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər.
Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək.
Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar.
Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər.
Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik.
Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, – mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, – həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.
İlham Əliyev bildirib ki, artıq bütün bölgələri birləşdirən xətlər var:
“Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi – Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür – 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq.
Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik. “bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq.
Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



