Hansı ərzaq mallarında qiymət artımı baş verib? - İQTİSADÇI DANIŞDI

Hansı ərzaq mallarında qiymət artımı baş verib? - İQTİSADÇI DANIŞDI

“Rusiya və Ukrayna müharibəsi dünyadakı inflasiya proseslərinə artırıcı istiqamətdə təsir göstərir. Bu hal nəticəsində xüsusəndə taxil vəduru yağ məhsullarının qiymətinin ksəkin şəkildə artması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi.

Onun sözlərinə görə, fevral ayında qlobal ərzaq qiymətləri ümumdünya miqyasında 12,6 faiz qalxıb: “Ümumdunya ərzaq təşkilatının aylıq indeks açıqlamaları var. Bu açıqlamalar 1990-ci ildən bəri tərtib olunur. 1990-dən indiyənə kimi qiymət artımında ən yüksək səviyyə müşahidə olur. Tək bir ayın içində taxıl 17,1 faiz, duru yağ və tərəvəz məhsulları 23,2 faiz, ağartı məhsulları 2,6 faiz, ət məhsulları 4,8 faiz, şəkər məhsulları isə 6,7 faiz artıb. Təbii ki, bu artımlar bizim ölkəmizdə də baş verəcək. Çünki əldəki məhsullar bitəndə və yenisini sifariş edərkən bu qiymət artımları kəskin şəkildə hiss olunacaq. Düşünürəm ki, qiymət artımı baş verəsə də, taxıl və duru yağ qıtlığının baş verəcəyini gözləmirəm. Azərbaycanda ərzaq inflyasiyasını istehlak məhsullarının qiymətlərini artıraraq, sosial cəhətdən zəif təbəqəyə mənfi təsir göstərəcək. Çünki həssas qrupların büdcələrinin 60-70% ərzaq məhsulları təşkil edir. İnsanlar əsasən birinci ərzaq alır, daha sonra pullarını başqa şeylərə sərf edir. Ona görədə pulun çox hissəsi ərzaq sektorunda ilişib qalacaq. Bu halda bir başa qeyri-ərzaq sektoruna təsir edəcək. Ölkə qiymət artımın qarşısının alınması istiqamətində bir sıra işlər görülür. Hətta müəyyən ərzaqlar var ki, ölkədən çıxarılışı faktiki olaraq qadağan edilib. Həmçinin məhsulları istehsal edən və satan şirkətlərə güzəştli şərtlərlə kredilər təklif olunur buda ərzaq qitmətlərinin sürətli bahalaşmasına mane ola bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə