Latviya Rusiya qazını Amerika qazı ilə əvəz edəcək

Latviya Rusiya qazını Amerika qazı ilə əvəz edəcək

Latviya hakimiyyəti Rusiya qazını Amerikanın mayeləşdirilmiş təbii qazı ilə əvəz etmək qərarına gəlib. Bu barədə respublikanın iqtisadiyyat naziri Yanis Vitenberqs bildirib.

SİA bu barədə TASS-a istinad edir.

“...Latviya Rusiya qazını idxal etməmək barədə dəqiq qərar qəbul edib, ona görə də o, ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükünü çox perspektivli alternativ hesab edir”. Verilən məlumata görə, bu fikirləri latviyalı iqtisadiyyat naziri ABŞ-da keçirilən transatlantik enerji təhlükəsizliyi forumunda deyib.

Verilən başqa bir məlumata görə, daha sonra o, maye qazın uzunmüddətli tədarükünün razılaşdırılması və onun qəbulu üçün terminalın tikintisi çərçivəsində Latviya ilə əməkdaşlığa başlamaq üçün ABŞ-ın qaz şirkətlərinə və infrastruktur layihələrinə müraciət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə