Rusiyanın qazı rublla satması NƏLƏRƏ SƏBƏB OLACAQ? - EKSPERT AÇIQLADI

Rusiyanın qazı rublla satması NƏLƏRƏ SƏBƏB OLACAQ? - EKSPERT AÇIQLADI

“Rusiyanın qazını rubla satması olduqca inqilabi bir qərardır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, bu qərar rublun dollar qarşısında müəyyən mənada dəyərlənməsi ilə nəticələnə bilər: “Lakin G7 ölkələrinin Rusiya qazını rublla almaqdan imtina etməsi kontekstində məsələyə nəzər yetirsək G7 ölkələrindən yalnız Almaniya birbaşa olaraq Rusiyadan qazı əldə edir. Belə olduqda “Şimal axını 1” layihəsində müəyyən problemlər yarana bilər. Lakin bəzi Avropa ölkələri var ki, onlar Ukrayna və Belərusiya üzərindən qaz nəqlini həyata keçirir. Serbiya və Moldova Rusiya qazını rublla alacaqları ilə bağlı öz qərarlarını veriblər. Burada onlar üçün heç bir maneə görünmür. Almaniyaya ixrac edilən "Şimal axını 1" layihəsi çərçivəsində 55 milyard kub qazı Rusiya digər böyük bazarlar olan Çin, Hindistan və qaz üçün premium bazar sayılan Cənub-Şərqi Asiya bazarlarına ixrac edə bilər. Bütövlükdə bu məsələnin Rusiya iqtisadiyyatına ciddi bir ziyanı olmayacaq. Əksinə qaz ixracının rublla təmin edilməsi rublun dəyərlənməsinə səbəb olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə