Qazaxıstan neftini Xəzər dənizinin dibindən Qara dəniz sahilində Novorossiskə daşıyan kəmərin zədələnməsi beynəlxalq bazarlarda neftin qiymətini artırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gündə təxminən 1,2 milyon barel neft ixrac etməyə imkan verən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalında zərərin qiymətləndirilməsinin 2 ay çəkə biləcəyi xəbəri ilə Brent markalı neftin mart ayı üçün ICE birjasında qiyməti 123 dolları ötüb.
Ötən həftə ABŞ-da neft ehtiyatlarının 2,5 milyon barrel azaldığını göstərən DOE məlumatları da neft qiymətlərini dəstəklədi. ICE birjasında Brent nefti 123,74 dollara qalxdıqdan sonra dünənlə müqayisədə 54 sent artaraq 122,14 dollara satılır.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB