Türkiyənin ilin ilk iki ayında çay ixracı

İlin ilk 2 ayında Türkiyədən 70 ölkəyə 3 milyon 40 min 290 dollar dəyərində çay ixrac edilib.
Türkiyənin ilin ilk iki ayında çay ixracı

İlin ilk 2 ayında Türkiyədən 70 ölkəyə 3 milyon 40 min 290 dollar dəyərində çay ixrac edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə heyəti sədri Saffet Kalyoncu Türkiyənin ilin 2 ayında çay ixracının 1,42 ton olduğunu ifadə edərək, satışdan 3 milyon 40 min 290 dollar gəlir əldə edildiyini bildirib.

Kalyoncu ölkənin çay ixracının 19 faizinin Rizə şəhərindən reallaşdığına diqqət çəkib:

"Yanvar-fevral dövründə Rizədən Belçika, Hollandiya və Şimali Kıbrıs Türk Cümhuriyyəti olmaqla 12 ölkəyə 295 ton çay ixrac edilib. Sözügedən ixracdan 574 min 569 dollar gəlir əldə edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə