Federal Ehtiyat Sistemi (FRS) ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4 faizdən 2,8 faizə qədər pisləşdirib,
FED uçot dərəcəsini artırıb

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4 faizdən 2,8 faizə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2 faizlik proqnozu saxlayıb.

ABŞ-ın 2024-cü il üçün ÜDM artımı proqnozu 2 faiz səviyyəsində saxlanılır.

Eyni zamanda, FED də ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 2,6 faizdən 4,3 faizə, 2023-cü ildə 2,3 faizdən 2,7 faizə, 2024-cü ildə 2,1 faizdən 2,3 faizə yüksəldib.

ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnoz 2022-2023-cü illərdə 3,5% səviyyəsində saxlanılıb, 2024-cü ildə 3,5%-dən 3,6%-ə yüksəldilib.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25 faiz diapazonunda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə