“Azəriqaz” bayram günlərində də fəaliyyətini davam etdirəcək
“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
SİA AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İB-dən bildirilib ki, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları martın 19-dan 27-dək xidmətlərini icra edəcəklər. Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. 35 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar.
Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən yazmaqla məlumat verə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB