Prezident cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə müstəqil dövlətçilik ənənələrimiz sağlam əsaslar üzərində formalaşdırılıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradılıb. Eyni zamanda, həyata keçirilən qlobal əhəmiyyətli layihələr Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini getdikcə gücləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb. Azərbaycan hazırda regionda reallaşdırılan qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib.
Ölkəmiz vətən müharibəsindən yeni çıxmasına, pandemiyanın yaratdığı qlobal iqtisadi problemlərə baxmayaraq irimiqyaslı layihələrin gerçəkləşdirilməsini dayandırmadı əksinə bu işlərin davam etməsi üçün mühüm addımlar atır.Möhtəşəm layihələrin gerçəkdirilməsi ölkə iqtisadiyyatının bütün sahələrində aydın şəkildə nəzərə çarpır. Ölkəmizin nüfuzlu ölkələr sırasında qərarlaşması da məhz dövlət başçımızın uzaqgörən və uğurlu siyasətinin məntiqi nəticəsidir. Bu baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir.Bildiyimiz kimi cənab Mart ayının 15 - də cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Bu mərasimin keçirilməsi ölkəmizdə elektroenergetika sistemini gücləndirilməsinin diqqət mərkəzində olmasının bariz nümunəsidir. Bu bərpa olunan enerji layihəsinin Birləşmiş Ərəb Əmirliklərinin sözügedən sahədə zəngin təcrübəyə malik “Masdar” şirkəti tərəfindən icra edilməsi təbii ki, ölkə iqtisadiyyatının ixrac imkanlarının gələcəkdə daha da genişləndirilməsini şərtləndirir.
Ölkəmizə bele bir nüfuzlu şirkətin sərmayə qoymasınının səbəbi ilk növbədə Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq aləmdə olan olduqca yüksək nüfuzu və ölkəmizdə investorlar üçün cəlbedici və təhlükəsiz, əlverişli biznes mühitin yaradılmasıdır.
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə energetika sahəsində bir çox önəmli addımlar atılmışdı. Elə bu ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən nüfuzlu “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub, fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilən 385 meqavat gücündə elektrik stansiyası işə salınıb.Görülən bütün bu işlər ölkəmizdə qısa müddət ərzində istər külək, istərsə də günəş elektrik stansiyasının təməlinin qoyulması, sözü gedən sahənin bir daha inkişafının prioritet istiqmət olduğunu göstərir.
Prezident cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində vurğuladığı kimi, işğaldan azad edilən ərazilərimiz də həmçinin bərpa olunan enerji növlərinin böyük potensialına malikdir. Aparılan hesablamalar , tədqiqatlar göstərir ki, həmin ərazilərdə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavat həddindədir.Bu istiqamətdə artıq ilkin addımlar da atılır. BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır və gələcəkdə uğurlu nəticələr olacağından xəbər verir.
Müasir dövrdə qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan isə elektrik enerjisini yalnız təbii qaz, su, günəş və külək kimi ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir və bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə də dünyanın aparıcı enerji şirkərtəri ölkəmizlə bu sahədə əməkdaşlıq etməyə maraqlıdırlar. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və daha sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artırıb.
Bucür olduqca əhəmiyyətli layihənin icrası ilə Azərbaycanın daha böyük dividendlər qazanacağı, ölkəmizin regionda mövqelərinin daha da güclənəcəyi, artacağı gözlənilir. Bu, eyni zamanda, dövlətimizin başçısının apardığı siyasətin müdrikliyindən, cənab Prezidentin söz və əməl vəhdətinin davamlılığından xəbər verir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB