Üzeyir Hacıbəyli küçəsində xətləmə işləri aparılacaq

Üzeyir Hacıbəyli küçəsində xətləmə işləri aparılacaq

Bakıda velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün saat 22:00-dan sabah saat 06:00-dək paytaxtın Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə