Tikinti materiallarının qiyməti artıb? - NƏLƏR GÖZLƏNİLİR - EKSPERT AÇIQLADI

Tikinti materiallarının qiyməti artıb? - NƏLƏR GÖZLƏNİLİR - EKSPERT AÇIQLADI

“Tikinti materialı bazarında qiymətlərin artımı müşahidə olunur. Bunun da bir çox faktorları var”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə tikinti materiallarının istehsalı mövcuddur: "Lakin buna baxmayaraq həmin tikinti mareriallarının istehsalı zamanı xammal kənardan alınır. Bir çox aksessuar bazarında, eyni zamanda tikintidə istifadə edilən məhsullar (məsələn: armatur) Ukraynadan və Rusiyadan gətirilir. Rusiya ilə Ukrayna hal-hazırda müharibə şəraitindədir. Buna görə də loqistik məsələlər, istehsal məsələləri, idxal məsələləri çətinləşdiyi üçün həmin sahədə qıtlıq yaranmışdır. Bundan əlavə aksessuar bazarı da mövcuddur ki, Azərbaycan aksessuar bazarında da bir çox ölkələrdən idxal edirdi. İdxal etdiyi ölkələrdən Çin, Türkiyə, İran kimi dövlətlərin adını çəkmək olar. Son dönəmlərdə, xüsusilə post-pandemiya dönəmində bir çox materialların daşınmasında, gömrükləşdirilməsi zamanı xərclərdə artım yaranmışdır. Bununla bağlı tikinti materialları bazarında ümumilikdə 50 faizə qədər artım müşahidə olunur. Nəticədə bu bahalaşma yeni tikilən mənzillərin qiymətində dəyişikliyə səbəb olur. Çünki çəkilən xərclər və üzərinə gəlinən mənfəət qiymət siyasətini formalaşdırır. Əgər xərclər artırsa bu yekun qiymətə öz təsirini mütləq şəkildə göstərəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə