Azərbaycan-Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib
Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb. Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə uzunillik Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib.
TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB