247 sahibkarın enerji şəbəkəsinə qoşulmasını təmin edib

247 sahibkarın enerji şəbəkəsinə qoşulmasını təmin edib

Bu ilin fevral ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 247 müraciəti qəbul edərək icra edib. SİA bu barədə AERA-ya istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, ötən ay elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 71 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 51 nəzarət tədbiri keçirilib.

Agentlik 21 müəssisədə 56 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə