İtaliyanın enerji şirkəti olan “Eni” Rusiya neftinin alınması üçün daha yeni müqavilələr bağlamayacaq. SİA xəbər verir ki, çərşənbə günü bu barədə “Bloomberg” agentliyi şirkət nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb.
“”Eni” Rusiyadan neft və neft məhsullarının alınması ilə bağlı yeni müqavilələrin bağlanmasını dayandırıb. Təbii ki, “Eni” Avropa və İtaliya qurumları tərəfindən qəbul ediləcək istənilən qərara tam əməl edəcək” .
Qeyd edək ki, “Bloomberg” bu fikirləri də şirkət nümayəndəsinin dediklərinə istinad edərək bildirib.
Yeri gəlmişkən qeyd edək ki, martın 2-də “Eni” şirkəti “Qazprom”un idarə etdiyi Türkiyə və Rusiya Federasiyasını birləşdirən “Mavi Axın” qaz kəmərindəki payını satmaq niyyətində olduğunu açıqlayıb. Bildirək ki, ən böyük səhmdarı İtaliya Xəzinədarlığı olan “Eni” uzunmüddətli müqavilələr əsasında Rusiya qazını “al və ya ödə” formuluna əsasən alırdı.
Onu da qeyd edək ki, bundan əvvəl “BP” və “Shell” kimi bir neçə Qərb şirkəti də Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Rusiya aktivlərindən çıxdığını elan etmişdilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB