"Brent" neftin qiyməti 2012-ci ildən bəri ilk dəfə 130 dollar olub

"Brent" neftin qiyməti 2012-ci ildən bəri ilk dəfə 130 dollar olub

"Brent" markalı neftin qiyməti bir barel üçün 130 dolları ötüb.

SİA APA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 03:28-ə olan məlumata görə, Brent markalı neftin may fyuçerslərinin qiyməti 9,35 faiz artaraq bir barel üçün 129,06 dollar olub.

Qərbi Texas markalı neftin aprel fyuçersləri 9,68 faiz artaraq 126,12 dollar təşkil edib.

Xatırladaq ki, “Brent” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə, bir barel üçün 143 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə