Cənubi Koreya strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq

Cənubi Koreya strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq

Koreya Respublikası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar öz strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin şənbə günü dərc etdiyi məlumatda deyilir.

"Bu qərar daxili və beynəlxalq enerji bazarlarını sabitləşdirmək, ABŞ və digər dövlətlərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Enerji resurslarından geosiyasi alət kimi istifadə edilməməlidir”, - sənəddə vurğulanır.

Nazirlik xatırladıb ki, həftənin əvvəlində 31 ölkənin nümayəndələri neft məhsullarının mümkün qıtlığı fonunda öz strateji ehtiyatlarından ümumilikdə 60 milyon barel neft buraxmağa razılaşıblar. Bu həcmin təxminən yarısı ABŞ tərəfindən təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə