İranın Azərbaycanda səfiri ilə görüş keçirilib

İranın Azərbaycanda səfiri ilə görüş keçirilib

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Seyid Abbas Musəvi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və İran arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə