Dünya bazarında neft və qazın artımı ölkəmizə necə təsir edir? - İQTİSADÇI AÇIQLADI

Dünya bazarında neft və qazın artımı ölkəmizə necə təsir edir? - İQTİSADÇI AÇIQLADI

“Neftin və qazın qiymətinin qalxmasının Azərbaycana xeyri var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ixracının 90 faizə qədəri neft və qaz resuslarıdır: “Buna görə də neftin və qazın yüksək olması ölkəyə əlavə pul vəsaitlərinin gəlməsini təmin edir. Maliyyə qazancının artmasına səbəb olur. Hər 54 dollar neft qiymətinin yüksək olması büdcəyə və əlavə icmal büdcəsinə 1,4 və 1,5 milyard manat pul girişi deməkdir. Yəni bu baxımdan neft və qazın qiymətinin dünya bazarında qalxması ölkənin maliyyə ehtiyyatını artırır və manatın stabiliyini qoruyub saxlayır. Həmçinin makro iqtisadi sabitliyini təmin edir. Birbaşa ziyan olmasa da qlobal inflyasiyanı tətikləyir. Bu qlobal inflyasiya da idxal vasitəsilə Azərbaycana birbaşa deyil, dolayı yolla daxil olur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə