Rusiya-Ukrayna gərginliyi neft və qızılın bahalaşmasına səbəb oldu

Rusiya-Ukrayna gərginliyi neft və qızılın bahalaşmasına səbəb oldu

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyat keçirməyə qərar verməsindən sonra “Brent” markalı neftin bir barelinin qiyməti 2014-cü ildən bəri ilk dəfə olaraq 3 faizdən çox artaraq 100 dollara yüksəlib.

SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Putinin elan etdiyi hərbi əməliyyat bölgədə enerji təchizatının kəsiləcəyi ilə bağlı narahatlıqları da artırıb.

Rusiya ilə Ukrayna arasındakı gərginlik də qızılın bahalaşmasına dəstək verib. İnvestorlar tərəfindən “təhlükəsiz sığınacaq” hesab edilən qızılın unsiya qiyməti təxminən 2 faiz artaraq 1944 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə