"Təbii qaz enerjinin gələcəyini təyin edəcək”

"Təbii qaz enerjinin gələcəyini təyin edəcək”

İran prezidenti İbrahim Rəisi dünyada koronavirus (Covid-19) epidemiyasının yaratdığı çətin iqtisadi prosesi yaxşılaşdırmaq və gələcək onilliklər üçün təhlükəsiz və istifadəyə yararlı enerji mənbələrindən biri olan təbii qazdan istifadəyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qətərin paytaxtı Dohada təşkil edilən VI Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) iştirak və çıxış edən İran prezidenti deyib: "Təbii qaz dünyada enerjinin gələcəyini təyin edəcək.

Forum üzv ölkələrdə qaz sənayesinin inkişafı üçün mühüm platformadır. Bu tədbirin arzulanan hədəflərə nail olmasına və təbii qaz ehtiyatlarının qorunmasına töhfə verəcəyinə inanıram.

Müxtəlif perspektivlər naminə iştirakçı ölkələr arasında gələcək üçün yaxşı həmrəylik olmalıdır.

Forumun məqsədi bu ölkələrin qaz kəşfiyyatı sahəsində özünü təsdiqləmiş hüquqlarını dəstəkləmək və dünyanın enerji tələbatının ödənilməsində rolunu gücləndirmək, eləcə də qlobal təbii qaz tələbatı sahəsində təhlükəsizliyi təmin etməkdir.”

Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumu - GECF üzv dövlətlər arasında təcrübə və bilik mübadiləsində əməkdaşlıq və koordinasiya səviyyəsini artırmaq üçün 2008-ci ilin dekabrında Qətərin paytaxtı Dohada təsis edilib. Forumun üzvləri Qətər, Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Rusiya, Trinidad, Tobaqo və müşahidəçi üzvlər Venesuela, Anqola, Azərbaycan, İraq, Malayziya, Norveç, Peru və Birləşmiş Ərəb Əmirliklərindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə